Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Amasaya da deyin ki, məgər sən də mənim ətimdən, sümüyümdən deyilsənmi? Daim mənim qarşımda Yoavın yerinə ordu başçısı olmasan, qoy Allah mənə beləsini və bundan betərini etsin». Yoav Amasaya dedi: «Qardaşım, yaxşısanmı?» Sonra Yoav onu öpmək üçün sağ əli ilə Amasanın saqqalından yapışdı. Amasa isə Yoavın sol əlindəki qılınca əhəmiyyət vermədi. Yoav qılıncı ilə Amasanın qarnından vurub bağırsaqlarını yerə elə tökdü ki, ikinci zərbəyə ehtiyac qalmadan Amasa öldü. Yoavla qardaşı Avişay Bikri oğlu Şevanı təqib etdilər. Yoavın adamlarından biri onun yanında durub dedi: «Kim Yoavdan razıdırsa, kim Davudun tərəfindədirsə, Yoavın ardınca gəlsin». Amasa əsas yolun ortasında qan içində üzürdü. Yoavın tərəfdarı həmin adam gördü ki, Amasanın cəsədinin yanına gələn hər kəs dayanır. Xalqın dayandığını gördüyü üçün cəsədi böyük yoldan götürüb çölə apararaq üstünə bir paltar atdı. Sən Seruya oğlu Yoavın mənə nə elədiyini bilirsən: İsrail ordusunun iki başçısı Ner oğlu Avnerlə Yeter oğlu Amasanı öldürərək sülh zamanı hərb qanı tökdü və belindəki kəmərlə ayağındakı çarıqları qana bulaşdırdı. Asaheli götürüb atasının Bet-Lexemdə olan qəbrində dəfn etdilər. Yoavla adamları bütün gecəni yol getdilər və gün doğanda Xevrona çatdılar. Yesseyin oğulları bunlar idi: ilk oğlu Eliav, ikincisi Avinadav, üçüncüsü Şimea, Onların bacıları Seruya və Aviqail idi. Seruyanın üç oğlu var idi: Avişay, Yoav və Asahel. Aviqail Amasanı doğdu. Amasanın atası İsmailli Yeter idi.
Выбор основного перевода