Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bu altı şəhər İsrail övladlarına, aralarında yaşayan yadellilərə və qəriblərə sığınacaq şəhərləri olacaq. Belə ki bilmədən birini öldürən hər kəs oraya qaça bilsin. İcma tökülən qanın qisasını alanın əlindən adam öldürəni qurtaracaq, qaçdığı sığınacaq şəhərə geri göndərəcək və o, müqəddəs yağla məsh olunmuş baş kahinin ölümünə qədər orada qalacaq. Bunlar nəsildən-nəslə bütün yaşadığınız yerlərdə qanun və hökm olacaq. Rica edirəm, ağam padşah indi qulunun sözlərinə qulaq assın. Əgər mənə qarşı səni qaldıran Rəbdirsə, bir təqdim qəbul etməyə razı olsun, yox, əgər bəşər övladlarıdırsa, qoy onlar Rəbb qarşısında lənətə gəlsinlər. Belə ki “get özgə allahlara qulluq et” deyərək Rəbbin irsindən pay almayım deyə məni qovdular. Bulud dağılıb getdiyi kimi Ölülər diyarına enən bir daha çıxmaz. Amma insan ölər, dəfn olunar, Son nəfəsini verər, yox olar. Bir anda bütün bəşər yox olar, İnsan torpağa qayıdar. Bəli, Sion barədə deyiləcək: “Onların hamısı bu yerdə doğulub, Haqq-Taala buranı sarsılmaz edəcək”. Çünki heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur. Hamısı bir yerə gedir, hamısı torpaqdan yaranıb, torpağa da qayıdır. Bunu kim bilir ki, insanların ruhu yuxarı qalxır, heyvanların ruhu aşağı – yerin altına enir? Küləyi tutub saxlamağa heç kəsin gücü çatmadığı kimi Ölüm gününü saxlamağa da heç kəsin gücü çatmaz. Döyüşçü meydanı tərk etmədiyi kimi Pislik də pis adamı tərk etməz. Əslində isə sabah nə baş verəcəyini bilmirsiniz. Axı həyatınız nədir ki? Qısa bir müddətə görünüb sonra da yox olan buxardır.
Выбор основного перевода