Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
2. Царств
Параллельные места
Harunun bacısı peyğəmbər Məryəm əlinə dəf aldı; bütün qadınlar əllərinə dəf alıb oynayaraq onun ardınca çıxdılar. İftah Mispaya, öz evinə qayıtdı. Budur, İftahın qızı dəf çalıb oynayaraq onu qarşılamağa çıxdı. Bu onun yeganə övladı idi, ondan başqa nə oğlu, nə də qızı var idi. Nə üçün Rəbb bizi bu torpağa aparır? Yəni biz qılıncla qırılaq? Arvadlarımız və uşaqlarımız əsir olacaqlar. Misirə qayıtmaq bizim üçün daha yaxşı olmazdımı?» Filiştlilərin ağaları öz allahları Daqona böyük qurban kəsmək və şənlik etmək üçün yığılıb dedilər: «Allahımız düşmənimiz Şimşonu bizə təslim etdi». Xalq Şimşonu görəndə öz allahlarına həmdlər etdi və dedi: «Ölkəmizə ziyan vuran, Bizdən bir çoxunu öldürən Düşmənimizi allahımız bizə təslim etdi». Davud Filiştli Qolyatı öldürüb qayıdanda əsgərlər geri gələrkən İsrailin bütün şəhərlərindən qadınlar dəflərlə, üçsimli alətlərlə şənlik mahnısı oxuyaraq və rəqs edərək padşah Şaulu qarşılamaq üçün çıxırdılar. Şaulun başını kəsib silahlarını götürdülər. Bütlərinin məbədinə və xalqa xoş xəbər vermək üçün Filiştlilərin ölkəsinin hər tərəfinə qasid göndərdilər. Bunu Qatda bildirməyin, Önlərində ağlamayın. Bet-Leafrada toz-torpaqda yuvarlanın.
2. Царств
Выбор основного перевода