Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
2. Петра
1 2 3
Параллельные места
Məsih İsada sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə məhəbbətlə fəal olan imandır. Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, Sizə öyüd verdik, ruhlandırdıq və yalvardıq ki, Öz Padşahlığına və izzətinə çağıran Allaha layiq şəkildə həyat sürəsiniz. Biz Həyat Kəlamını elan edirik; bu həmin Kəlamdır ki, başlanğıcdan var idi və biz Onu eşitdik, gözlərimizlə gördük, seyr etdik və əllərimizlə hiss etdik. Həyat zahir oldu, biz də onu görüb şahidlik edirik və Ata ilə birlikdə olub bizə zahir olan əbədi həyatı sizə elan edirik. Sevimlilər, ümumi xilasımızla bağlı sizə yazmağa çox səy göstərirdim. Bu arada müqəddəslərə ilk və son dəfə əmanət edilən iman uğrunda mübarizə aparmağa sizi həvəsləndirmək üçün sizə yazmağı özümə borc bildim.
2. Петра
1 2 3
Выбор основного перевода