Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Belə adam əsla sarsılmaz, Saleh insan əbədi olaraq yadda qalacaq. Ey Yerusəlim, Səni anmasam, ən böyük sevincim olmasan, Qoy dilim damağıma yapışsın. Tərənnüm edin, ey göylər, Ey yer üzü, fərəhlən! Ey dağlar, sevinc nidalarına qoşulun! Çünki Rəbb xalqına təsəlli verəcək, İztirab çəkənlərinə rəhm edəcək. Çünki bütün bunları Mənim əlim yaratdı, Hər şey beləcə əmələ gəldi» Rəbb bəyan edir. «Ancaq Mən özünü aşağı tutan və ruhu əzilmiş insana, Sözümün önündə titrəyənə nəzər salaram. Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O, rəhmli Ata və hər cür təsəlli verən Allahdır. Çəkdiyimiz hər bir əziyyətdə O bizə təsəlli verir ki, biz də Allahdan aldığımız təsəlli ilə hər cür əziyyət çəkənlərə təsəlli verə bilək.
Выбор основного перевода