Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Amma indi hər nəyəmsə, Allahın lütfü ilə eləyəm. Onun mənə göstərdiyi lütf əbəs deyildi, çünki mən hamıdan çox zəhmət çəkdim. Əslində mən yox, Allahın mənimlə birgə fəaliyyətdə olan lütfü bu zəhməti çəkdi. Mən ağılsızlaşdım, çünki siz məni vadar etdiniz. Amma siz mənim barəmdə zəmanət verməli idiniz. Çünki özüm bir şey olmasam da, həmin «böyük həvarilər»dən heç də geri qalmıram. Etibarlı sayılan şəxslərə gəlincə, kim olursa olsun mənə vacib deyil, Allah insanlara tərəfkeşlik etməz. Lakin bu etibarlı sayılan şəxslər mənim dediklərimə heç nə artırmadılar. Cəmiyyətin sütunları sayılan Yaqub, Kefa və Yəhya mənə bağışlanan lütfü tanıdıqda mənə və Barnabaya sağ əllərini uzatdılar ki, şərikliyimiz olsun. Ona görə ki biz başqa millətlərin, onlarsa sünnətlilərin yanına getsin.
Выбор основного перевода