Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
2. Коринфянам
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Ali Şuranı diqqətlə nəzərdən keçirən Paul dedi: «Qardaşlar, mən bu günəcən Allahın qarşısında təmiz vicdanla yaşamışam». Axı Məsih məni vəftiz etməyə deyil, Müjdəni yaymağa göndərdi. Məsihin çarmıxı boşa çıxmasın deyə Müjdəni müdrik sözlərlə yaymıram. Mənim sözüm də, vəzim də müdrikliyin inandırıcı sözlərindən deyil, Ruhun qüdrətini göstərməsindən asılı idi. Bunları insani müdrikliyin öyrətdiyi deyil, Ruhun öyrətdiyi sözlərlə bildiririk. Ruhani anlayışları ruhani sözlərlə ifadə edirik. Axı biz çoxları kimi Allah kəlamının alverçiləri deyilik; əksinə, Allah tərəfindən göndərilib Allahın hüzurunda, Məsihdə olaraq səmimi qəlbdən danışırıq. Xəcalət gətirən gizli yolları rədd etmişik. Hiylə işlətmirik, Allahın sözünü təhrif etmirik, amma həqiqəti açıq elan etməklə Allahın önündə, hər insanın vicdanı qarşısında özümüz barədə zəmanət veririk. Mən onun qarşısında sizinlə fəxr etmişdim, siz də məni utandırmadınız. Sizə dediyimiz hər şey necə doğru idisə, Titin qarşısında sizinlə fəxr etməyimiz də doğru çıxdı. Bizim üçün dua edin. Biz əminik ki, vicdanımız təmizdir və hər cəhətcə yaxşı həyat tərzi sürməyə can atırıq.
2. Коринфянам
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Выбор основного перевода