Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1. Паралипоменон
Параллельные места
Qurbangahı əbrişim ağacından düzəlt. Qoy dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac olsun. Qurbangahın dörd küncündən onunla bir hissədən olan dörd buynuz düzəlt. Qurbangahın üstünü tuncla ört. Oranın kül qablarını, kürəklərini, ləyənlərini, çəngəllərini, xəkəndazlarını – bütün avadanlığını tuncdan düzəlt. Qurbangah üçün tuncdan torlu şəbəkə düzəlt. Torun dörd bucağında tuncdan dörd halqa düzəlt. Onu qurbangahın kənarından aşağıya qoy ki, şəbəkə onun yarısına qədər yetişsin. Qurbangah üçün əbrişim ağacından şüvüllər düzəlt və üstünü tuncla ört. Şüvülləri halqalara tax ki, onlar qurbangahı aparan zaman onun hər iki yanında olsun. Qurbangahın içi boş və taxtadan olsun. Dağda sənə göstərdiyim kimi onu düzəlt. Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəlt. Qoy uzunluğu bir qulac eni də bir qulac, hündürlüyü isə iki qulac olsun, buynuzları onunla bir hissədən olsun. Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla ört və ətrafına qızıl zolaq qoy. Onun üçün iki qızıl halqa düzəlt; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəlt. Bu onu aparan şüvüllərin keçdiyi yerlər olsun. Şüvülləri əbrişim ağacından düzəlt və qızılla ört. Bu qurbangahı Şəhadət sandığının qarşısında olan pərdənin önünə – Mənim səninlə görüşəcəyim yerə, kəffarə qapağının önünə qoy. Harun qurbangahda ətirli buxur yandırsın. Həm səhər çıraqları hazırladığı zaman, İldə bir dəfə Harun günah üçün kəffarə qurbanının qanını qurbangahın buynuzlarına çəkərək qurbangah üçün kəffarə etsin. Nəsildən-nəslə, ildən-ilə bir dəfə belə etsin. Qurbangah Rəbb üçün ən müqəddəsdir».
Выбор основного перевода