Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1. Паралипоменон
Параллельные места
Lea hamilə olub bir oğul doğdu və onun adını Ruven qoyaraq dedi: «Yəqin Rəbb mənim fağırlığımı gördü. İndi ərim məni sevəcək». İsrail bu ölkədə yaşayanda Ruven gedib atasının cariyəsi Bilha ilə yatdı. İsrail bunu eşitdi. İsrail Yusifə xeyir-dua verərək belə dedi: «Atalarım İbrahimin, İshaqın xidmət etdiyi Allah, Bu günə qədər mənim qayğıma qalan Allah, Məni bütün pisliklərdən xilas edən Mələk Qoy bu uşaqlara da xeyir-dua versin! Onlar mənim adımla, Atalarım İbrahim və İshaqın Adı ilə çağırılsın, Yer üzündə çoxaldıqca çoxalsın!» Yusif atasının sağ əlini Efrayimin başına qoyduğunu gördü və bu onun xoşuna gəlmədi. O, atasının əlini Efrayimin başından götürüb Menaşşenin başına qoymaq istədi. Buna görə də atasına dedi: «Ata, ilk oğul Menaşşedir, sağ əlini onun başına qoy. Belə düz deyil». Lakin atası istəməyib dedi: «Bilirəm, oğlum, bilirəm. Menaşşenin nəslindən də böyük bir xalq olacaq. Amma kiçik qardaşından daha böyük bir xalq törəyəcək, onun nəslindən çoxlu millətlər yaranacaq». O gün İsrail nəvələrinə xeyir-dua verərək dedi: «İsrail nəsli “Qoy Allah səni Efrayim və Menaşşe kimi etsin” Deyərək sizin adınızla Xeyir-dua verəcək». Yaqub beləcə Efrayimi Menaşşedən üstün tutdu. İsrail Yusifə dedi: «Artıq mən ölürəm, amma Allah sizinlə olacaq, sizi atalarınızın torpağına qaytaracaq. Sənə qardaşlarından bir pay da artıq olaraq Şekemi verirəm. Onu mən Emorluların əlindən qılıncım və kamanımla almışam». Ey Ruven, ilk oğlum, Gücümün və qüdrətimin mənbəyi sənsən. Ləyaqətin hamıdan üstündür, Qüvvətin hamıdan çoxdur. Amma sən su kimi oynaqsan, Artıq üstün olmayacaqsan. Çünki atanın yatağına girib Onu murdar etdin, Sən döşəyimə çıxdın.
Выбор основного перевода