Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1. Паралипоменон
Параллельные места
Davudun igid döyüşçülərinin adları belədir: Taxkemonlu Yoşev-Başşevet «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb bir hücumda səkkiz yüz nəfəri vurub öldürmüşdü. Ondan sonra Axoah nəslindən Dodo oğlu Eleazar idi. O, döyüş üçün orada yığılan Filiştlilərə meydan oxunanda Davudun yanındakı «üç igid»dən biri idi. İsraillilər döyüş meydanından geriyə çəkiləndə Eleazar möhkəm dayandı və qılınc çəkib əlləri taqətdən düşənə qədər Filiştliləri qırdı. Rəbb o gün İsraillilərə böyük qələbə bəxş etdi. İsraillilər onun ardınca yalnız talan malı götürmək üçün qayıtdılar. Ondan sonra Hararlı Age oğlu Şamma idi. Filiştlilər Laxidə yığılmışdılar. Orada mərci əkilən bir tarla sahəsi vardı. Xalq Filiştlilərin önündən qaçdı. Lakin Şamma tarlanın ortasında durub oranı qorudu və Filiştliləri qırdı. Rəbb İsraillilərə böyük bir zəfər verdi. Biçin zamanı otuz başçı arasından «üç igid» Davudun yanına – Adullam mağarasına getdi. Filiştlilərin bir döyüş dəstəsi Refaim vadisində ordugah qurmuşdu. Bu zaman Davud qalada idi. Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi. Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazası yanındakı quyudan mənə içmək üçün su gətirəydi!» Bu «üç igid» Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdi və onu götürüb Davuda gətirdi. Lakin Davud bu suyu içmək istəmədi və onu Rəbbə təqdim olaraq yerə tökdü. O dedi: «Ya Rəbb, bunu etmək qoy məndən uzaq olsun, canlarını təhlükəyə salaraq gedən adamların qanındanmı içəcəyəm?» Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi. Yoavın qardaşı Seruya oğlu Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi. Əslində «üç igid»dən daha şöhrətli idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi. Yehoyada oğlu Benaya da böyük işlər görən igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü. O həm də qədd-qamətli bir Misirlini vurub öldürdü. Misirlinin əlində nizə vardı. Benaya onun üstünə dəyənəklə getdi və Misirlinin əlindən nizəsini çəkib aldı, onu öz nizəsi ilə öldürdü. Bunları Yehoyada oğlu Benaya etdi. Buna görə də onun «üç igid» qədər şöhrəti var idi. O, «otuz igid»dən daha məşhur idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu. «Otuz igid»in arasında olanlar: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan, Xarodlu Şamma və Eliqa, Peletli Xeles, Teqoalı İqqeş oğlu İra, Anatotlu Aviezer, Xuşalı Mevunnay, Axoahlı Salmon, Netofalı Mahray, Netofalı Baana oğlu Xelev, Binyamin övladlarından Givealı Rivay oğlu Yettay, Piratonlu Benaya, Qaaş vadilərindən Hidday, Bütün İsraillilər Xevrona, Davudun yanına toplaşıb dedilər: «Bax biz sənin sümüyündən, sənin ətindənik. Əvvəlki vaxtlarda, Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Allahın Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, xalqım İsrail üzərində sən hökmdar olacaqsan». İsrailin bütün ağsaqqalları Xevrona, padşahın yanına gəldilər. Davud Xevronda, Rəbbin önündə onlarla əhd bağladı və onlar Şamuel vasitəsilə Rəbbin söylədiyi sözə görə Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər. Davud və bütün İsraillilər Yerusəlimə gəldilər. O vaxt şəhər Yevus adlanırdı və burada Yevuslular yaşayırdı. Onlar Davuda dedilər: «Sən buraya girə bilməzsən». Ancaq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı. Davud dedi: «Yevusluları hamıdan əvvəl kim məğlub etsə, rəis və ordu başçısı o olacaq». Seruya oğlu Yoav hamıdan əvvəl Yevusa qalxdı və buna görə də o, başçı oldu. Davud qalada məskən saldı və buna görə onu «Davudun şəhəri» adlandırdılar. O, qala yamacından qalanın ətrafına qədər bütün yerləri tikdi. Yoav isə şəhərin qalan hissəsini bərpa etdi. Davud getdikcə yüksəlirdi, çünki Ordular Rəbbi onunla idi. Davudun igid döyüşçülərinin başçıları bütün İsraillilərlə birgə Rəbbin sözünə görə Davudu İsrail üzərində padşah etmək üçün onun padşahlığında şücaət göstərirdilər. Davudun igid döyüşçülərinin siyahısı belədir: «otuz igid»in başçısı olan Xakmoni oğlu Yaşoveam. O, bir hücumda üç yüz nəfəri nizəsi ilə vurub öldürdü. Ondan sonra «üç igid»dən biri olan Axoahlı Dodo oğlu Eleazar idi. Filiştlilər döyüşmək üçün Pas-Dammimdə toplaşanda o da Davudla birgə orada idi. Orada arpa əkilən bir tarla sahəsi var idi. Xalq Filiştlilərin önündən qaçdı. Lakin Eleazar və döyüşçüləri bu sahənin ortasında durub oranı qorudular və Filiştliləri qırdılar. Rəbb İsrailliləri xilas edib böyük zəfər qazandırdı. Otuz başçı arasından «üç igid» qayaya, Davudun yanına, Adullam mağarasına enib gəldi. Filiştlilərin ordusu Refaim vadisində ordugah qurmuşdu. Bu zaman Davud qalada idi, Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi. Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazasının yanındakı quyudan mənə içmək üçün su gətirəydi!» Bu üç nəfər Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdilər və onu götürüb Davuda gətirdilər. Lakin Davud suyu içmək istəmədi və Rəbbə təqdim olaraq yerə tökdü. O dedi: «Allahım bunu etməkdən məni uzaq eləsin. Bu adamların qanını içəcəyəmmi? Axı canlarını təhlükəyə salaraq bu suyu gətirdilər». Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi. Yoavın qardaşı Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi. Əslində «üç igid»dən ikiqat artıq şöhrəti var idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi. Yehoyada oğlu Benaya da böyük işlər görmüş igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü. O həm də boyu beş qulac olan bir Misirlini öldürdü. Misirlinin əlində toxucu dəzgahının əriş ağacı boyda nizə var idi. Benaya onun üstünə dəyənəklə getdi, nizəni Misirlinin əlindən çəkib aldı və onu öz nizəsi ilə öldürdü. Bunları Yehoyada oğlu Benaya etdi, buna görə də onun «üç igid» qədər şöhrəti var idi. O, «otuz igid»dən daha şöhrətli idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu. Ordunun igid döyüşçüləri bunlardır: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan, Harorlu Şammot, Pelonlu Xeles, Teqoalı İqqeş oğlu İra, Anatotlu Aviezer, Xuşalı Sibbekay, Axoahlı İlay, Netofalı Mahray, Netofalı Baana oğlu Xeled, Binyamin övladlarından Givealı Rivay oğlu Yetay, Piratonlu Benaya,
Выбор основного перевода