Davud onların padşahının başından tacını götürdü. Tac qızıldan olub çəkisi bir talant idi. Onun üzərində qiymətli daş var idi. Bu tac Davudun başına qoyuldu. Davud bu şəhərdən çoxlu qənimət apardı.
O, şəhərdə olan xalqı köçürüb mişar, dəmir külüng, dəmir balta ilə görülən işlərdə və kərpic emalında işlətdi. Davud Ammonluların bütün şəhərlərində belə edəndən sonra bütün xalqla birgə Yerusəlimə qayıtdı.