Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1. Паралипоменон
Параллельные места
Rəbbə alqış et, ey könlüm! Ya Rəbb Allahım, Sən nə qədər böyüksən, Ehtişamı, əzəməti geyinmisən! Nura libas kimi bürünən, Göyləri çadır tək açan, Yuxarı otaqlarını suların üstündə quran, Buludları Özünə araba edən, Yel qanadları üstünə minib gəzən, Küləyi Özünə elçi edən, Yanar odu Özünə xidmətçi edən Sənsən! Yer üzünün təməlini elə qurdun ki, Əsla sarsılmasın. Dərin suları libas kimi yer üzünə geydirdin, Sular dağların üstünə qalxdı. Sənin məzəmmətindən sular çəkildi, Şimşəyinin səsindən qorxub qaçdı. Dağlardan dərələrə axdı, Sənin təyin etdiyin yerlərə töküldü. Onların önünə hədd qoydun ki, ondan aşmasınlar, Heç vaxt daşıb dünyanı basmasınlar. Bulaqları vadilərdən fışqırtdın, Dağların arasından axıtdın. Bu bulaqlar bütün çöl heyvanlarına su verər, Vəhşi eşşəklər içər, susuzluğu gedər. Yanlarında quşlar yuva qurar, Budaqlara qonub oxuyar. Sən dağları göydəki sarayından sulayırsan, Əlinin bəhrəsindən yer doyur. Heyvanlar üçün ot bitirirsən, İnsana becərmək üçün bitkilər yetirirsən. Qoy insan torpaqdan azuqəsini çıxartsın: Ürəkləri xoşhal edən şərabı, Üzləri güldürən zeytun yağını, Taqət verən çörəyi.
Выбор основного перевода