Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1. Паралипоменон
Параллельные места
Filiştlilərin ağaları yüz və min nəfərlik dəstələrlə irəliləyirdilər. Davudla adamları isə Akişlə birlikdə arxadan gəlirdilər. Filiştlilərin ağaları dedilər: «Bu İbranilərin burada nə işi var?» Akiş onlara belə cavab verdi: «Bu adam bu günlərdə yaxud daha doğrusu, bu illərdə yanımda olan İsrail padşahı Şaulun qulu Davud deyilmi? Mənim yanıma gələn gündən bəri onda pis bir şey görmədim». Filiştlilərin ağaları Akişin üstünə qəzəblənib dedilər: «Bu adamı geri qaytar, qoy o təyin etdiyin yerə qayıtsın və bizimlə döyüşə getməsin, yoxsa döyüşdə bizə düşmənçilik edər. Çünki o, ağasının rəğbətini qazanmaq üçün buradakı adamların başını kəsib ona aparmaqdan daha yaxşı yol taparmı? Rəqslərdə “Şaul qırdı minləri, Davudsa on minləri” deyə haqqında tərənnüm sözləri söylənən Davud bu deyilmi?» Akiş Davudu çağırıb ona dedi: «Var olan Rəbbə and olsun, sən düz adamsan. Orduda mənimlə yürüşə çıxmağın gözümdə xoşdur, çünki yanıma gəldiyin gündən bu günə qədər səndə pis bir şey tapmadım. Lakin ağaların gözünə xoş görünmürsən. İndi sağ-salamat öz yerinə qayıt. Filiştlilərin ağalarının gözündə pis olanı etmə». Davud Akişə dedi: «Axı mən nə etmişəm? Yanına gələn gündən bu günə qədər qulunda nə tapdın ki, ağam padşahın düşmənlərinə qarşı gedib vuruşmayım?» Akiş Davuda cavab verdi: «Bilirəm ki, mənim gözümdə sən Allahın mələyi kimi yaxşısan, amma Filiştlilərin başçıları dedilər: “O bizimlə bir döyüşə çıxmasın”.
Выбор основного перевода