Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allahın sandığını bir təzə arabaya qoyub Avinadavın təpədəki evindən çıxartdılar. Təzə arabanı Avinadavın oğulları Uzza və Axyo sürürdü. Onlar Allahın sandığını Avinadavın təpədəki evindən arabaya qoyub çıxartdılar. Axyo sandığın qabağında gedirdi. Davud Allahın sandığını Qiryat-Yearimdən gətirmək üçün Misirdəki Şixor çayından Xamat keçidinə qədər uzanan torpaqda yaşayan bütün İsrailliləri topladı. Davud bütün İsraillilərlə birgə «keruvlar üzərində taxt quran Rəbb» çağırılan Allahın sandığını Yəhudaya məxsus olan Baalatdan, yəni Qiryat-Yearimdən çıxartmaq üçün oraya getdi.
Выбор основного перевода