Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Rəbbin müqəddəs şeylərinə etinasız yanaşıb bilmədən günah edən hər kəs təqsir qurbanı olaraq sürüdən qüsursuz bir qoç gətirsin. Bu təqsir qurbanı Müqəddəs yerdəki şekelə münasib gümüş şekellə qiymətləndirilməlidir. Müqəddəs şeylərə vurduğu ziyanı da qoy o adam ödəsin və üstünə beşdə birini əlavə edərək kahinə versin; kahin onun üçün təqsir qurbanı olan qoçla kəffarə etsin ki, o bağışlansın. Kahinlər və baxıcılar dedilər: «İsrail Allahının sandığını geri göndərmək istəyirsinizsə, boş göndərməyin. Ona mütləq təqsir təqdimi verməlisiniz. O zaman sağalacaqsınız və O sizdən nə üçün əl çəkmədiyini bildirəcək». Filiştlilər soruşdular: «Ona göndərəcəyimiz təqsir təqdimi nə olmalıdır?» Kahinlər və baxıcılar belə cavab verdi: «Filiştlilərin ağalarının sayına görə beş qızıl şiş surəti ilə beş qızıl siçovul surəti düzəldib göndərin. Çünki bu bəla həm sizin, həm də ağalarınızın üstündədir. Ona görə də həm şişlərinizin, həm də ölkənizi dağıdan siçovulların surətlərini yaradın və İsrailin Allahını şərəfləndirin. Bəlkə O sizin, allahlarınızın və torpağınızın üstündə əlini yüngülləşdirdi.
Выбор основного перевода