Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Şaul Xaviladan Misirin şərqindəki Şura çatana qədər Amaleqliləri qırdı. O gün Akiş ona Ziqlaqı verdi. Bu günə qədər Ziqlaq Yəhuda padşahlarına məxsusdur. Davudla adamları gəlib Geşurlulara, Girzlilərə və Amaleqlilərə basqın etdilər. Bu xalqlar qədim zamanlardan bəri Şura çatanadək – Misir ölkəsinə qədər olan ərazidə məskən salmışdılar. Filiştlilərin ağaları Akişin üstünə qəzəblənib dedilər: «Bu adamı geri qaytar, qoy o təyin etdiyin yerə qayıtsın və bizimlə döyüşə getməsin, yoxsa döyüşdə bizə düşmənçilik edər. Çünki o, ağasının rəğbətini qazanmaq üçün buradakı adamların başını kəsib ona aparmaqdan daha yaxşı yol taparmı? Səhəri yola çıxmaq üçün Davud özü və adamları qalxıb Filiştlilərin torpağına qayıtdı. Filiştlilər isə İzreelə getdilər.
Выбор основного перевода