Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O gecə Rəbb ona dedi: «Qalx, Midyan ordugahına en, çünki onları sənə təslim edirəm. Əgər ordugaha enməyə qorxursansa, nökərin Pura ilə bərabər en. Orada sən onların söhbətini eşidəcəksən, onda qüvvət alıb ordugaha enərsən». O zaman Gideon və nökəri Pura ordugahın kənarında olan silahlı adamların yanına endilər. Seruyanın üç oğlu Yoav, Avişay və Asahel də orada idi. Asahel çöl ceyranı kimi ayaqdan iti idi. Onların bacıları Seruya və Aviqail idi. Seruyanın üç oğlu var idi: Avişay, Yoav və Asahel.
Выбор основного перевода