Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Səninlə mənim aramda qoy Rəbb hakim olsun! Qoy Rəbb səndən mənim qisasımı alsın. Mən sənə əl qaldırmaram. Davud Navalın öldüyünü eşidəndə dedi: «Navalın əli ilə yaranan rüsvayçılığımı görüb qulunu davadan və pislikdən saxlayan Rəbbə alqış olsun! Rəbb Navalın bədxahlığını öz başına gətirdi». Davud Aviqaili özünə arvad olaraq almaq üçün ona elçi göndərdi. Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək. Ey Allah, etibarsız millətə qarşı olan mübarizəmdən Məni haqlı çıxart, Məni hiyləgər, fitnəkar adamın əlindən qurtar. Ey bütün kaman çəkənlər, Babilin ətrafında döyüş üçün düzülün. Oraya ox atın, oxunuzu əsirgəməyin. Çünki o, Rəbbə qarşı günah etdi.
Выбор основного перевода