Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Şamuel böyüdü. Rəbb onunla idi və Rəbb onun sözlərindən heç birini boşa çıxartmadı. Davud Şaula dedi: «Bu adamdan ötrü heç kim ürəyini üzməsin. Sənin qulun gedib o Filiştli ilə vuruşacaq». Şaul Davuda dedi: «Bu Filiştli ilə vuruşmağa hünərin çatmaz, çünki sən hələ uşaqsan, o isə cavanlığından döyüşçüdür». Davud Şaula dedi: «Sənin qulun atasının qoyunlarını otaranda aslan yaxud da ayı gəlib sürüdən bir quzu götürəndə mən arxadan çıxıb onu vurardım və ağzından quzunu qurtarardım. Əgər üstümə atılardısa, mən boğazının tüklərindən tutaraq çırpıb öldürərdim. Bu qulun həm aslan, həm də ayı öldürüb, bu sünnətsiz Filiştli də onlardan biri kimi olacaq, çünki o, var olan Allahın alaylarına meydan oxumuşdur». Davud bütün yürüşlərində uğur qazanırdı, çünki Rəbb onunla idi.
Выбор основного перевода