Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bezeqdə Adoni-Bezeqi tapıb vuruşdular və həm Kənanlıları, həm də Perizliləri qırdılar. Bütün xalqın, bütün İsrail qəbilələrinin başçıları Allahın xalqının toplantısında öz yerlərini tutdular. Orada qılınc daşıyan dörd yüz min piyada var idi. Həmin gün şəhərlərdən gələn Binyamin övladları Givea əhalisindən yığılmış yeddi yüz seçmə adamdan savayı, qılınc daşıyan iyirmi altı min kişi də yığdılar. Bütün bu xalqın arasında solaxay olan yeddi yüz seçmə adam var idi ki, hər biri sərrast sapand atıb daşla başda olan bir tükü belə, vura bilirdi və atdıqları boşa çıxmırdı. Binyaminlilərdən başqa, İsraillilərdən qılınc daşıyan dörd yüz iyirmi kişini saydılar ki, bunların da hamısı döyüşçü idi. Yoav xalqın siyahısını padşaha verdi. İsraildə qılınc çəkən səkkiz yüz min igid, Yəhudada isə beş yüz min igid var idi.
Выбор основного перевода