Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6
Параллельные места
Amma Rəbb ona dedi: «Get! Başqa millətlərə, padşahlara və İsrail övladlarına Öz adımı bəyan eləmək üçün bu adam seçdiyim alətdir. Lakin, ey başqa millətlər, sizə bildirirəm: mən başqa millətlərə göndərilən həvari olduğuma görə öz xidmətimi izzətli sayıram ki, Öz Oğlu ilə bağlı Müjdəni başqa millətlər arasında yayım deyə Onu mənə zahir etməyə razı olanda dərhal insanlarla məsləhətləşmədim. Əksinə, sünnətlilərə Müjdə yaymaq işi Peterə tapşırıldığı kimi sünnətsizlər arasında Müjdə yaymaq işinin mənə tapşırıldığını gördülər. Çünki sünnətlilərə həvari olması üçün Peterdə fəal olan Allah başqa millətlər üçün məndə də fəal oldu.
Выбор основного перевода