Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Параллельные места
O zaman şagirdlər İsaya təklikdə yaxınlaşıb dedilər: «Nə üçün biz o ruhu qova bilmədik?» İsa da onlara dedi: «İmanınız az olduğu üçün. Çünki sizə doğrusunu deyirəm: bir xardal toxumu qədər imanınız olarsa və siz bu dağa “buradan oraya köç” desəniz, o köçər və sizin üçün mümkün olmayan heç bir şey olmaz». İman edənləri isə bu əlamətlər müşayiət edəcək: Mənim adımla cinləri qovacaqlar, yeni dillərdə danışacaqlar, ilanları əlləri ilə götürəcəklər, öldürücü zəhər içsələr belə, onlara təsir etməyəcək, əllərini xəstələrin üzərinə qoyacaq və onlar şəfa tapacaq». Allah imanlılar cəmiyyətində birinci yerdə həvarilər, ikinci yerdə peyğəmbərlər, üçüncü yerdə də müəllimlər təyin etdi. Sonra bəzilərinə möcüzə yaratmağı, habelə şəfa ənamlarını, yardımçılığı, idarəçiliyi, müxtəlif dillərdə danışmağı verdi. Hamının şəfa ənamları varmı? Hamı naməlum dillərdə danışırmı? Hamı belə dilləri izah edə bilirmi?
Выбор основного перевода