Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1. Фессалоникийцам
1 2 3 4 5
Параллельные места
Kim yaxşılıq əvəzinə pislik etsə, Evindən pislik ayrılmaz. Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın. Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin. Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin. Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin. Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin. Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın. Bir-birinizlə həmfikir olun; təkəbbürlü olmayın, məzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın. Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin.
1. Фессалоникийцам
1 2 3 4 5
Выбор основного перевода