Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1. Фессалоникийцам
1 2 3 4 5
Параллельные места
Sənin dördüncü nəslin buraya qayıdacaq, çünki Emorluların günah kasası hələ dolmayıb». «Sən ey bəşər oğlu, Xudavənd Rəbb İsrail torpağına belə deyir: “Axırı çatdı, ölkənin dörd tərəfinin axırı çatdı. İndi sənin axırın çatdı. Qəzəbimi sənin üstünə göndərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, bütün iyrənc işlərinin əvəzini başına gətirəcəyəm. Sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, Rəbb Mənəm”. Xudavənd Rəbb belə deyir: “Budur, bir bəla, tayı olmayan bir müsibət gəlir. Axırın çatıb, axırın çatıb, sənə qarşı qalxır. Budur, tezliklə gəlir! Altmış iki yeddiillik dövrdən sonra məsh olunan həlak olacaq, amma bu özü üçün olmayacaq. Gələcək hökmdarın xalqı şəhəri və Müqəddəs yeri viran edəcək. Onun sonu daşqın kimi olacaq. Müharibə sona qədər davam edəcək. Viranəliklər olacağına qərar verilib. Həmin hökmdar yeddiillik bir dövr ərzində çoxları ilə əhd bağlayacaq. Bu yeddiillik dövrün ortasında qurbanla təqdimi dayandıracaq, məbədin qülləsində viranəlik gətirən iyrənc şey qoyacaq və viranəlik gətirən şey onun təyin edilmiş aqibətinə qədər orada qalacaq». Elə isə, ata-babalarınızın başladığı işi başa çatdırın! Siz ey ilanlar, gürzələr nəsli! Cəhənnəmə məhkum edilməkdən necə qaçacaqsınız?
1. Фессалоникийцам
1 2 3 4 5
Выбор основного перевода