Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1. Фессалоникийцам
1 2 3 4 5
Параллельные места
Hər şeydən əvvəl, hamınız üçün İsa Məsihin vasitəsilə Allahıma şükür edirəm ki, imanınız bütün dünyada elan olunur. Oğlunun Müjdəsini yaymaqda bütün qəlbimlə ibadət etdiyim Allah şahidimdir ki, mən sizi necə daim yada salıram. sizi dualarımda yada salaraq durmadan sizin üçün şükür edirəm. Sizi hər dəfə yada salanda Allahıma şükür edirəm. Həmişə hamınız üçün hər bir diləyimdə sevinə-sevinə dua edirəm. Sizin üçün həmişə dua edərkən Allaha – Rəbbimiz İsa Məsihin Atasına şükür edirik. Qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik və belə etməyimiz yerinə düşər, çünki imanınız artdıqca artır və hamınızın bir-birinizə olan məhəbbəti çoxalır. Buna görə sizin üçün daim dua edirik ki, Allahımız sizi Öz çağırışına layiq görsün, hər yaxşı niyyətinizi və imandan asılı hər əməlinizi Öz qüdrəti ilə yerinə yetirsin.
1. Фессалоникийцам
1 2 3 4 5
Выбор основного перевода