Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Güclü adam kətan qırıntısına oxşayacaq, Gördüyü iş qığılcım kimi olacaq, İkisi birlikdə yanacaq, Onları söndürən olmayacaq. Aşşuru göndərəcəyəm allahsız millətin üstünə, Qəzəbləndiyim xalqın üzərinə hücum etməyə, Qarət etməyə, talan malı götürməyə. Onları küçələrdəki palçıq kimi Tapdalamağa əmr verəcəyəm. Bu səbəbə görə Lənət yer üzünü məhv edir. Yer üzünün sakinləri Günahlarının cəzasını çəkir, Buna görə yanır, Çox az adam sağ qalacaq. Önlərindəki hər şeyi od yandırıb-yaxır, Arxada qalanları alov qovurur. Önlərindəki Eden bağına bənzər yerdir, Arxalarında olansa izsiz bir səhradır, Heç nə onlardan qaçıb qurtara bilmir. Ölkədə Allaha sadiq adam qalmadı, İnsanlar arasında doğru adam tükəndi. Hamı qan tökmək üçün pusquda durur, Qardaş qardaşa tələ qurur. Çünki oğul atasına xor baxır, Qız anasına, gəlin də qayınanasına qarşı qalxır. İnsanın düşməni öz ev əhli olub. Rəbbin qəzəb günündə Qızıl-gümüşləri Onları qurtara bilməyəcək, Onun qısqanc qəzəbinin alovunda Bütün ölkə yanıb yox olacaq, Çünki O, bir anda ölkənin sakinlərini qıracaq.
Выбор основного перевода