Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Beləliklə, alovun dili samanı necə yeyib-qurtarırsa, Küləş od içində necə əriyib-gedirsə, Onlar da köklərindən elə çürüyəcək, Tumurcuqları toz kimi havaya sovrulacaq, Çünki Ordular Rəbbinin qanununu rədd etdilər, İsrailin Müqəddəsinin sözünə xor baxdılar. Buna görə Sahibimiz, Ordular Rəbbi Aşşurun güclü əsgərlərinə azar göndərəcək, Möhtəşəm orduları od tutub yanacaq. İsrailin Nuru od, İsrailin Müqəddəsi alov olacaq. Aşşuru tikan və qanqal kimi bir gündə yandırıb yox edəcək. Tikanlar kimi bir-birinə dolaşmışlar, Əyyaşlar kimi sərxoş olmuşlar, Quru küləş tək tamamilə yanacaqlar. Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq.
Выбор основного перевода