Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Daimi yandırma qurbanı və onun içmə təqdimindən başqa hər Şənbənin yandırma qurbanı olan təqdim budur. Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün, Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır! Mənə artıq batil təqdimlər gətirməyin, Buxur Məndə ikrah yaradır. Pisliklə dolu Təzə Ay mərasimlərinizə, Şənbə günlərinizə, Müqəddəs toplantılarınıza Dözə bilmirəm! Təzə Ay mərasimlərinizə, Bayram günlərinizə Ürəkdən nifrət edirəm. Bunlar Mənə yük oldu, Onları daşımaqdan yoruldum. Adamların nifrət etdiyi, Millətin həqarətlə baxdığı, Hökmdarların qulu olan şəxsə, İsrailin Satınalanı, Müqəddəsi, Rəbb belə deyir: «İsrailin Müqəddəsi, Sadiq Rəbb səni seçdiyinə görə Padşahlar səni görüb ayağa qalxacaq, Əmirlər qarşında yerə səriləcək». Yerusəlimə hücum edən millətlərdən sağ qalanların hamısı Ordular Rəbbi olan Padşaha səcdə etmək və Çardaqlar bayramını keçirmək üçün hər il Yerusəlimə gedəcək. Ya Rəbb, kim Səndən qorxmaz, Kim Sənin adını izzətləndirməz? Çünki yalnız Sən müqəddəssən. Bütün millətlər gəlib Sənin önündə səcdə edəcək, Çünki Sənin ədalətli hökmlərin aşkar oldu».
Выбор основного перевода