Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ey yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar, Mənə tərəf dönün və xilas olun! Çünki Mən Allaham və başqası yoxdur! Varlığıma and içdim, Ağzımdan çıxan kəlmə doğrudur, boşa çıxmaz. Hər diz önümdə çökəcək, Hər dil Mənə and içəcək. Mənim üçün belə deyəcəklər: “Salehlik və qüvvət yalnız Rəbdədir. Ona qarşı qəzəblənənlər hüzuruna gəlib utanacaqlar. Bütün İsrail nəsli Rəbdə haqq qazanacaq və izzətlənəcək”». Ayaqları pis işlər etməyə tələsir, Günahsız qan tökməyə cəlddir. Fikirləri, niyyətləri şər əməllərdir, Yollarında viranəlik, qırğın var. Yerusəlimə hücum edən millətlərdən sağ qalanların hamısı Ordular Rəbbi olan Padşaha səcdə etmək və Çardaqlar bayramını keçirmək üçün hər il Yerusəlimə gedəcək. Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun önündə dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar.
Выбор основного перевода