Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb əzəmətli səsini eşitdirəcək, Qızğın qəzəblə, hər şeyi yandıran alovla, Fırtına ilə, güclü leysanla, dolu ilə Qolunun qüdrətini göstərəcək. Ölüləri kənara atılacaq, Meyitlərindən üfunət qalxacaq, Dağlar onların qanına bulanacaq. Mən də sizi qılınca qismət edəcəyəm, Hamınız qırılmaq üçün diz çökəcəksiniz. Çünki Mən çağıranda sizdən cavab almadım, Danışanda qulaq asmadınız. Gözümdə pis olanı etdiniz, Mənə məqbul olmayanı seçdiniz». O gün Rəbb dünyanı bir ucundan o biri ucuna qədər öldürülənlərlə dolduracaq. Onlar üçün yas tutulmayacaq, bir yerə yığılıb basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar. Bütün millətləri yığıb Yehoşafat vadisinə endirəcəyəm. İrsim və xalqım İsraildən ötrü Orada millətləri mühakimə edəcəyəm, Çünki xalqımı millətlər arasında dağıtdılar, Torpağımı da böldülər. Başqaları isə atın belində oturan Süvarinin ağzından çıxan qılıncla həlak oldu. Bütün quşlar da onların ətini yeyib doydu.
Выбор основного перевода