Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Dilimdən hikmətli sözlər çıxacaq, Bu müdrik fikirlər qəlbimdən gəlir. Ey Allah, sular Səni gördü, Səni görən sular qorxdu, Hətta ümmanlar lərzəyə gəldi. Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin! Aşşur padşahı dəhşət içində qaçacaq. Sərkərdələri bayraqlarını atıb vəlvələyə düşəcək». Bunu alovu Sionda, Ocağı Yerusəlimdə olan Rəbb bəyan edir. əziyyət çəkən sizlərə isə bunun əvəzində bizimlə birlikdə rahatlıq veriləcək. Bu, Rəbb İsanın qüdrətli mələkləri ilə od-alov içərisində göydən zühur etdiyi zaman olacaq. O zaman Rəbbimiz İsa Allahı tanımayanlardan və Özü barədə olan Müjdəyə itaət etməyənlərdən qisas alacaq. Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür. Onun gözləri odlu alova bənzəyir. Başında çoxlu sayda kiçik tac var və üzərində Özündən başqa heç kəsin bilmədiyi bir ad yazılıb. O, qana batmış bir paltar geyinib və Onun adı Allahın Kəlamıdır. Göydə olan ordular ağ, təmiz və incə kətan geyinərək ağ atların belində Onun ardınca gedirdi. Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq.
Выбор основного перевода