Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yaqub nəsli gələcəkdə kök salacaq, İsrail şaxələnəcək, çiçəklənəcək, Yer üzünü bəhrələri ilə dolduracaq. Xalqım əmin-amanlıq içində evlərində, Təhlükəsiz məskəndə, rahat yerlərdə yaşayacaq. Mən gizlində, qaranlıq dünyasında danışmadım, Yaqub nəslinə “Məni qarmaqarışıq yerdə axtarın” demədim. Doğrusunu söyləyən, ədaləti bəyan edən Rəbb Mənəm. Bütün İsrail nəsli Rəbdə haqq qazanacaq və izzətlənəcək”». Rəbb belə deyir: «Münasib vaxtda sənə cavab verdim, Xilas günü sənə kömək etdim. Səni hifz edəcəyəm. Səni xalqım üçün əhd edəcəyəm ki, Dağılmış ölkəni bərpa edəsən, İrs olaraq yenə sahiblərinə verəsən. Siz fəryad edəndə Bu yığdığınız bütlər Görək sizi nə cür qurtaracaq! Onların hamısını külək sovurub atacaq, Bir nəfəs onları yerindən tərpədib aparacaq. Lakin Mənə sığınan torpağı irs olaraq alacaq, Müqəddəs dağımı mülk edəcək».
Выбор основного перевода