Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ona görə pislik alovlanıb-yanır, Tikanla qanqalı yandırıb-yaxır, Meşədəki kolluqlar məhv olur, Tüstü sütunları qalxır. Ey Rəbbin sözü önündə titrəyənlər, Onun dediklərini eşidin: «Mənim adıma görə sizə nifrət edib təqib edən soydaşlarınız “Qoy Rəbb izzətini göstərsin, Biz də görək, necə sevinərsiniz” deyirdilər. Amma onlar rüsvay olacaq. Ey Yəhuda adamları və Yerusəlimdə yaşayanlar, Özünüzü Rəbb üçün sünnət edin, Ürəyinizin sünnət ətini kəsin. Yoxsa pis əməllərinizə görə Qəzəbim od kimi püskürüb yandıracaq, Söndürən olmayacaq. Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» Özlərinin saleh olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi: «Biri farisey, digəri isə vergiyığan olan iki nəfər dua etmək üçün məbədə girdi. Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi: “Ya Allah, Sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyiləm. Həftədə iki dəfə oruc tuturam, bütün qazandığımın onda birini verirəm”. Yeyən yeməyənə xor baxmasın, yeməyən də yeyəni mühakimə etməsin. Çünki Allah onu qəbul edib.
Выбор основного перевода