Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb Allah ilana dedi: «Sən bunu etdiyin üçün Bütün ev heyvanları və çöl heyvanları arasında Lənət qazanırsan. Qarnın üstündə sürünəcəksən, Bütün ömrün boyu torpaq yeyəcəksən. O gün qurdla quzu bir yerdə yaşayacaq, Bəbirlə çəpiş birgə yatacaq, Dana, gənc aslan və bəslənmiş mal-qara Yan-yana duracaq, Onları balaca uşaq gəzdirəcək. İnəklə ayı bir yerdə otlayacaq, Onların balaları bir yerdə yatacaq, Şir də buğa tək saman yeyəcək. Südəmər körpə əfi ilanın Yuvası üstündə oynayacaq, Süddən kəsilmiş uşaq Əlini gürzənin yuvasına salacaq. Müqəddəs dağımın heç bir yerində Heç kimə zərər dəyməyəcək, Heç bir kəs o birisini məhv etməyəcək. Çünki sular dənizi bürüdüyü kimi Dünya Rəbbin biliyi ilə dolacaq.
Выбор основного перевода