Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bütün millətlər “Rəbb bu ölkəyə niyə belə etdi? Bu böyük qəzəb niyə alovlandı?” deyə soruşacaqlar. O zaman deyəcəklər: “Çünki onları Misir torpağından çıxararkən atalarının Allahı Rəbbin onlarla bağladığı əhdi atdılar. Əgər Rəbbi tərk edib yad allahlara qulluq etsəniz, sizə yaxşılıq edən Rəbb əleyhinizə dönüb pislik edəcək və sizi məhv edəcək». Müqəddəs dağıma gətirib Dua evimdə sevindirəcəyəm. Onların gətirdikləri Yandırma qurbanları, bütün qurbanlar Qurbangahımda qəbul olunacaq. Çünki Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq». Uşaqlar odun yığır, ataları od yandırır, qadınlar Göylər Mələkəsinə xəmir yoğurub kökə bişirir. Onlar başqa allahlara içmə təqdimləri verir ki, Məni qəzəbləndirsinlər”. Möhtəşəm divan üzərində oturdun. Onun önündə hazırlanmış süfrə var idi. Mənim buxurumu və zeytun yağımı onun üstünə qoydun. Siz həm Rəbbin kasasından, həm də cinlərin kasasından içə bilməzsiniz; həm Rəbbin, həm də cinlərin süfrəsindən yeyə bilməzsiniz.
Выбор основного перевода