Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bu nə cür ağılsız düşüncədir! Heç dulusçunu gil ilə bir tutmaq olarmı? Düzəldilən əşya onu düzəldən barədə «O məni düzəltmədi» deyərmi? Qab onu yaradan barədə «O heç nə anlamır» deyərmi? Yaradanı ilə çəkişənin vay halına! Çəkişən özü də saxsı qablar arasında yalnız saxsı parçasıdır. Gil öz dulusçusuna «Nə düzəldirsən?» Yaxud «yaratdığın şeyin dəstəkləri yoxdur» deyə bilərmi? İsrailin Müqəddəsi, Onu yaradan Rəbb belə deyir: «Övladlarımın gələcəyi haqqında Mənə sual verə bilərsinizmi? Gördüklərim işlər barəsində Mənə əmr edə bilərsinizmi? Bütün xalqın saleh olacaq, Torpağı əbədi mülk olaraq alacaq. Onlar əkdiyim fidandır, Şöhrətimi göstərmək üçün əlimin işidir. Sənsən Atamız. İbrahim bizi tanımasa da, İsrail bizim kim olduğumuzu bilməsə də, Atamız Sənsən, ya Rəbb, Əzəldən bəri adın «Bizi Satınalan»dır. Amma, ey insan, sən kimsən ki, Allahla mübahisəyə girişirsən? Məgər düzəldilən bir şey onu düzəldənə «Məni niyə bu cür yaratdın?» deyə bilər? Məgər dulusçunun işlətdiyi gilə ixtiyarı çatmır ki, həmin gildən bir qabı şərəfli iş üçün, o biri qabı isə şərəfsiz iş üçün düzəltsin?
Выбор основного перевода