Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O, Rəbbin məbədinə, padşah sarayına, Yerusəlimdəki bütün evlərə od vurub bütün əsas binaları yandırdı. Sıx meşəni budamaq üçün Balta qaldıran adamlara bənzəyirlər. Müqəddəs yerin bütün oyma işlərini Baltalar və çəkiclərlə qırıb tökdülər. Sənin Müqəddəs məkanına od vurdular, Adının sakin olduğu yeri uçurub murdarladılar. O gün min gümüş dəyərində min tənək olan Bağ tikanlı, qanqallı çölə dönəcək. Müqəddəs xalqın qısa müddətə Sənin Müqəddəs məkanına sahib oldu. İndi isə oranı düşmənlərimizin ayağı tapdalayır. Ordular Rəbbi belə bəyan edir: «Çox şey gözlədiniz, budur, az oldu. Az olanı da evə gətirəndə onları sovurdum. Nə üçün? Xaraba qalan məbədimə görə. Amma siz öz evləriniz üçün əlləşirsiniz. “Sizin aranızda kim burada olan məbədin əvvəlki əzəmətini görmüşdür? İndi buranı necə görürsünüz? Gözünüz önündə sanki bir heçə çevrilməyibmi?”
Выбор основного перевода