Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Musa əlini dəniz üzərinə uzatdı. Rəbb bütün gecə əsən qüvvətli şərq küləyi ilə dənizin suyunu qovub yerini quruya çevirdi. Sular yarıldı və Ya Rəbb! Sənin sağ əlin qüdrətdən izzətləndi. Ya Rəbb! Sənin sağ əlin düşməni əzəndir. İstəyirəm ki, qoy indi Xudavəndin böyük qüdrəti göstərilsin, necə ki Sən dedin: Fironla bütün əyanlarına və ölkəsinin bütün xalqına əlamətlər və möcüzələr göstərdin. Çünki Misirlilərin atalarımıza qarşı azğınlıq etdiyini bildin və bu günə kimi adını izzətləndirdin. Aranızda Rəbdən qorxan, Qulunun sözünə qulaq asan varmı? Qaranlıqda gəzən, nurdan məhrum olan Rəbbin adına güvənsin, Allahına arxalansın. Ey sizlər, od qalayıb, qığılcımı qoruyanlar, Hamınız öz odunuza, yandırdığınız qığılcımın içinə atılın. Mənim əlimdən aldığınız pay bu olacaq: Əzab içində qalacaqsınız.
Выбор основного перевода