Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yerusəlim sakinlərinə təskinlik verən sözlər söyləyin! Əsirlik dövrünün qurtarmasını, Təqsirlərinin əvəzinin verilməsini, Bütün günahlarına görə Rəbbin əlindən İkiqat cəza aldıqlarını onlara bəyan edin». Qorxma, çünki utanmayacaqsan, Ruhdan düşmə, çünki rüsvay olmayacaqsan. Cavanlığın xəcalətini unudacaqsan, Bir daha dulluğun rüsvayçılığını Yadına salmazsan». Səni tərk edib nifrət etdilər, Yanından heç kim keçmirdi, İndi isə Mən səni əbədi fəxr, Nəsillər boyu sevinc edəcəyəm. Qalanıza qayıdın, Ey ümid edən əsirlər! Bu gün sizə bildirirəm ki, Sizə zəhmətinizin ikiqat əvəzini verəcəyəm.
Выбор основного перевода