Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Düşmənin qarşısından bizi geriyə qovursan, Bizə nifrət edənlər bizi soyub-talayır. O gün sən, ey İsrail, belə deyəcəksən: «Ya Rəbb, Sənə şükür edəcəyəm! Sən mənə qəzəblənirdin, Lakin qəzəbin söndü, Mənə təsəlli verdin. Allah xilasımdır, Ona güvənəcəyəm və qorxmayacağam, Çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur, O mənə xilas verdi!» Amma mən dedim: «Mən boş yerə çalışdım, Gücümü hədər yerə tükətdim. Rəbb mənə yenə haqq qazandırır, Mükafatım Allahımdadır». Qaldır başını, bax ətrafına: Hamı yığılıb yanına gəlir. Mən Rəbb Varlığıma and içib bəyan edirəm ki, Onların hamısı sənin üçün bər-bəzək olacaq, Gəlin kimi onları taxıb fəxr edəcəksən! O, salehliyi zireh kimi geydi, Qurtuluş dəbilqəsini başına taxdı. Qisas geyimlərini geydi, Qeyrət libasına büründü. Mən yenə Rəbdə sevinc tapacağam. Xilasımın Allahı ilə şadlıqdan coşacağam! Bu mələk önündə duran mələklərə dedi: «Onun əynindən çirkli paltarı çıxarın». Sonra Yeşuaya dedi: «Bax günahını sənin üzərindən götürdüm, indi sənə bayram paltarı geyindirəcəyəm». Padşah qonaqlara baxmaq üçün girdikdə orada toy libası geyməmiş bir nəfəri gördü, ona dedi: “Dostum! Sən toy libası geyməmiş buraya necə girdin?” O isə susdu. Məryəm isə dedi: Geyinmək üçün ona Təmiz, parlaq və incə kətan verildi». İncə kətan müqəddəslərin saleh əməllərinin rəmzidir. Mən müqəddəs şəhərin – yeni Yerusəlimin göydən, Allahın yanından endiyini gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı.
Выбор основного перевода