Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Məzlumlar və fəqirlər Su axtarıb tapmayanda Dilləri susuzluqdan quruyur. Mən Rəbb onlara cavab verəcəyəm. Mən İsrailin Allahı onları tərk etməyəcəyəm. Onlar nə ac, nə də susuz qalacaq, Qızmar isti və günəş onları vurmayacaq. Çünki onlara mərhəmət edən yol göstərəcək, Onları bulaqlara doğru yönəldəcək. Bunları görüb ürəyiniz sevinəcək; Bədənləriniz yaşıl ot kimi qüvvətlənəcək. Hər kəs biləcək ki, Rəbbin qoruyucu əli qullarının, Qəzəbi isə düşmənlərinin üstündədir». Onlar Sionun yüksək təpəsinə gəlib Tərənnüm edəcək. Rəbbin verdiyi nemətlər – Taxıl, təzə şərab, zeytun yağı, Qoyun-keçi, mal-qara önünə axışacaqlar. Canları sulanmış bağça kimi olacaq, Bir daha taqətdən düşməyəcəklər. amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək». Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq».
Выбор основного перевода