Avşalom hələ sağ ikən bir sütunu götürüb özü üçün tikdirmişdi, çünki «adımı yaşadan bir oğlum olmadı» deyərək həmin sütuna öz adını qoymuşdu. Bu sütun Padşah Vadisindədir və bu günə qədər ona Avşalomun abidəsi deyilir.
O gün Yəhuda diyarında belə ilahi oxunacaq: «Qüvvətli şəhərimiz var, Allahın qurtuluşu şəhər üçün divarlar, səngərlər kimidir.
Nəslin dəniz qumu kimi, Övladların qum dənələri kimi olardı. Adları qarşımda nə pozulardı, nə də silinərdi».
Müqəddəs dağıma gətirib Dua evimdə sevindirəcəyəm. Onların gətirdikləri Yandırma qurbanları, bütün qurbanlar Qurbangahımda qəbul olunacaq. Çünki Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq».
Millətlər salehliyini, Bütün padşahlar əzəmətini görəcək. Rəbbin ağzı ilə deyəcəyi, Sənə verəcəyi yeni bir adla çağırılacaqsan.
İsrail övladları Rəbbin məbədinə pak qablarda təqdimlərini necə gətirirlərsə, onlar da bütün millətlərdən soydaşlarını atlarla, arabalarla, taxt-rəvanlarla, qatırlarla, dəvələrlə müqəddəs dağıma, Yerusəlimə, Rəbbə elə təqdim edəcək.
Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi.
Ey sevimlilər, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik.
Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Mən gizli saxlanan mannadan verəcəyəm. Ona bir ağ daş da verəcəyəm ki, üstündə yeni ad yazılıb; bu adı da daşı alandan başqa heç kəs bilmir.
Qalib gələni Allahımın məbədinə sütun qoyacağam və bir daha oranı tərk etməyəcək. Onun üzərinə Allahımın adını, Allahıma məxsus şəhərin, yəni göydən, Allahımın yanından enən yeni Yerusəlimin adını və Öz yeni adımı yazacağam.