Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Mənsə kəsilməyə aparılan müti quzu kimi idim, bilmirdim ki, onlar «ağacı və meyvəsini məhv edək, onu dirilər arasından yox edək ki, adı bir daha xatırlanmasın» deyərək mənə qəsd qururlar. Amma İsa susmaqda davam etdi. Baş kahin isə Ona dedi: «Səni var olan Allaha and etdirirəm, bizə de, Allahın Oğlu Məsih Sənsənmi?» Başçı kahinlər və ağsaqqallar Onu ittiham etdikləri vaxt İsa heç bir cavab vermədi. Amma İsa susmaqda davam etdi, heç cavab vermədi. Baş kahin yenə Ondan soruşdu: «Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?» Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! Yenə vali sarayına girib İsadan soruşdu: «Sən haradansan?» Amma İsa ona cavab vermədi. O, Müqəddəs Yazılardan bu hissəni oxuyurdu: «Kəsilməyə aparılan qoyun kimi, Qırxanların qabağında dilsiz quzu kimi Ağzını açmadı.
Выбор основного перевода