Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki padşah Rəbbə güvənir, Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır. Əlin bütün düşmənlərini tapacaq, Sağ əlin yağıları tutacaq. Adamların nifrət etdiyi, Millətin həqarətlə baxdığı, Hökmdarların qulu olan şəxsə, İsrailin Satınalanı, Müqəddəsi, Rəbb belə deyir: «İsrailin Müqəddəsi, Sadiq Rəbb səni seçdiyinə görə Padşahlar səni görüb ayağa qalxacaq, Əmirlər qarşında yerə səriləcək». Amma Rəbb Özü onun bu iztirablarını istədi, Çəkdiyi əziyyətlər Onun iradəsi idi. Öz canını təqsir qurbanı təqdim edərsə, Nəsil görəcək, ömür uzadacaq. Rəbbin istəyi onun əli ilə uğur qazanacaq. İsa onlara belə dedi: «Düzdür, əvvəlcə İlyas gəlib hər şeyi yoluna qoymalıdır. Bəs Bəşər Oğlu barəsində nə üçün yazılıb ki, O, çox əzab çəkib alçaldılmalıdır? O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi.
Выбор основного перевода