Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Adamlar ona həqarətlə baxıb rədd etdi. O, dərdli, xəstəlikləri görən insan idi, Adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. Əslində xəstəliklərimizi o çəkdi, Dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, Vurulub iztirab çəkdiyini zənn etdik. Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, Şər əməllərimiz naminə əzildi, Bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq. Hamımız qoyun kimi yolu azmışdıq, Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu. Çünki sağa və sola səpələnəcəksən, Nəslin millətlərə yiyələnəcək, Viran qalmış şəhərlərdə məskunlaşacaq. Axırı əvvəldən, Baş verməmiş hadisələri əzəldən bildirən, “Niyyətim baş tutacaq, İstədiyim hər şeyi edəcəyəm” deyən Mənəm. Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir.
Выбор основного перевода