Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbbin İsrail nəslinə söylədiyi bütün yaxşı sözlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi. Bütlərinizi gətirin və qoy onlar sonra nə olacağını bizə bildirsin, Olub-keçənləri bizə nəql etsin, Biz dərindən düşünüb sonunu öyrənək. Yaxud onlar gələcəyi bizə agah etsin. Budur, əvvəlki işlər həyata keçdi, İndi Mən təzə işləri bəyan edirəm, Onlar yetişməmişdən əvvəl Sizi xəbərdar edirəm». Bütün millətlər bir yerə yığılsın, Ümmətlər toplansın. Bunlardan kim bu sözü bəyan edər? Olub-keçənləri bizə bildirər? Qoy onların şahidləri irəli gəlib bəraət qazansın, Dinləyib desin: «Bu düzdür». Mənə bənzəyən varmı? Xəbər versin. Qədim xalqımı yaratdığımdan bəri olub-keçənləri, Bundan sonra olduqlarını danışıb nəql etsin, Bəli, gələcək hadisələri bildirin! Qorxmayın, dəhşətə gəlməyin, Mən sizə əzəldən bəri bunu söyləyib danışmadımmı? Siz Mənim şahidlərimsiniz! Məndən başqa Allah varmı? Başqa Qaya yoxdur. O birilərini tanımıram». Danışın, işinizi təqdim edin, Qoy hamı birlikdə məsləhətləşib söyləsin: “Bunu qədimdə kim bəyan etdi, Keçmişdə kim bildirdi?” Bunu Mən Rəbb, demədimmi? Məndən başqa Allah, Ədalətli Allah və Qurtarıcı yoxdur. Məndən başqası yoxdur.
Выбор основного перевода