Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Kaş ki ürəkləri dönməsin, Məndən qorxsunlar və bütün əmrlərimə əməl etsinlər. O zaman həm özlərinin, həm də övladlarının xoş güzəranı olar. Kaş ki müdrik olub bunu dərk edəydilər, Aqibətlərini düşünəydilər. Ey Ordular Allahı, dön, göydən bax, Bu tənəyi gör, qayğısına qal. Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, Çünki çələnglə bəzənmiş bəy kimi, Bər-bəzək taxmış gəlin kimi Mənə qurtuluş paltarı geyindirdi, Salehlik libası ilə bürüdü. Torpaq zoğlarını necə cücərdirsə, Bağ əkilən toxumları necə yetişdirirsə, Xudavənd Rəbb də bütün millətlər qarşısında Salehliyi və həmdi belə yetişdirəcək. Rəbb belə deyir: «Budur, Mən əmin-amanlığı bir çay tək, Millətlərin sərvətini daşqın sel kimi Ona sarı axıdacağam. Siz ondan bəslənəcəksiniz, Qucağında daşınacaqsınız, Dizlərində oxşanacaqsınız. O dedi: «Ah, kaş sən də bu gün sülhə aparan yolu tanıyaydın! Amma bu yol hələlik sənin nəzərindən gizlənib.
Выбор основного перевода