Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bu gün sizə verdiyim əmrə əməl etmək sizin üçün çətin və əlçatmaz deyil. Rəbb deyir: «Susun qarşımda, ey uzaq diyarlar! Qoy ümmətlər yeni güc alsın, Qoy yaxınlaşıb danışsınlar, Məhkəmə üçün birgə toplaşaq. Əzəldən bəri Mən Oyam, Mənim əlimdən qurtaran yoxdur. Mən bir şey edəndə buna kim mane ola bilər?» Mən gizlində, qaranlıq dünyasında danışmadım, Yaqub nəslinə “Məni qarmaqarışıq yerdə axtarın” demədim. Doğrusunu söyləyən, ədaləti bəyan edən Rəbb Mənəm. Xudavənd Rəbbin Ruhu üzərimdədir, Çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, Əsirlərə azadlıq, Dustaqlara sərbəstlik elan etmək üçün, Mən o millətlərə qarşı əlimi qaldıracağam, Əsarətlərində olanlar onları qarət edəcək. Onda biləcəksiniz ki, Məni Ordular Rəbbi göndərmişdir. «O gün çoxlu millətlər Rəbbə bağlanacaq, Mənim xalqım olacaq. O zaman aranızda yaşayacağam. Siz biləcəksiniz ki, Məni yanınıza Ordular Rəbbi göndərib. O, başlanğıcda Allahla birlikdə idi. Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək.
Выбор основного перевода