Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Buna fikir vermirlər, bilmirlər, Dərk etmirlər ki, belə desinlər: «Odunun bir hissəsini yandırdım, Közündə də çörək bişirdim, ət qızartdım, yedim. Qalığından bir murdar şey düzəldimmi? Bir parça taxtanın qarşısında yerə sərilimmi? «Ey Yaqub nəsli, Dediyim sözləri xatırla, Çünki sən qulumsan, ey İsrail, Mən səni yaratdım, sən Mənim qulumsan, Səni unutmaram, ey İsrail! Siz bu barədə nə eşitmisiniz, Nə də xəbəriniz olub, Keçmişdən bəri qulaqlarınız bağlıdır. Nə qədər xain olduğunuzu bilirəm, Ana bətnindən belə, sizin üsyankar çağırılacağınızdan xəbərdaram.
Выбор основного перевода