Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Belə təqdimi gətirə bilməyən yoxsul adam Çürüməyən bir ağac seçər, Məharətli usta tapar ki, Yerindən tərpənməyən büt düzəltsin. Kim bunu başlanğıcdan bəyan etdi ki, biz bilək, Əvvəlcədən kim bildirdi ki, Biz «O haqlıdır» deyə bilək? Amma bunu bəyan edən yox idi, Bildirən yox idi, Sözlərinizi eşidən də yox idi. Baxdım, aralarında öyüd-nəsihət verə bilən heç kim yox idi ki, Onlardan soruşum, bir cavab alım. Ağacın qalığından özünə allah, Bir oyma büt düzəldib Qarşısında yerə sərilir, səcdə edir. Bu bütə dua edib yalvarır: «Məni xilas et, çünki sənsən mənim allahım!» Yığışın, gəlin, bir yerə toplaşın, ey millətlərdən sağ qalan kəslər! Taxta bütləri gəzdirənlər, Xilas verməyən allahlara dua edənlər heç nə bilmir. Bütləri xiyar bostanındakı müqəvva kimi Danışa bilmir. Onları daşımaq lazımdır, Çünki gedə bilmirlər. Onlardan qorxmayın, Çünki nə pislik edə bilərlər, Nə də yaxşılıq».
Выбор основного перевода